Azərbaycanın Almaniyadakı Səfiri Landtaq prezidenti ilə görüşüb
05.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycanın Almaniyadakı Səfiri Ramin Həsənov Brandenburq federal torpağına səfər edib və səfəri zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüşüb.
Azərbaycanın Almaniyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.
Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb.










