“Qarabağ”la matçdakı qələbə bizə mənəvi kömək olacaq”

“Qarabağ”la matçdakı qələbə bizə mənəvi kömək olacaq”

06.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Qazanılan 3 xal həm bizim, həm də Türkiyə üçün önəmli idi”.
 
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay deyib.
 
Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la ev oyunundan sonra keçirilən mətbuat konfransına qatılan mütəxəssis 2:0 hesablı qələbəni dəyərləndirib: “İlk yarıda çox qol imkanı qaçırdıq. Son ötürmələrə diqqət etsək, daha fərqli ola bilərdi. Qrupda oynadığımız bütün matçlarda qol vurmuşuq. Bugünkü qarşılaşma asan görünürdü, amma çox motivasiya olduq. Sonlara doğru yorğunluq özünü göstərdi. 5 gündə iki matç keçirdik. Bu dövr yorucudur. Futbolçular yaxşı mübarizə apardı. Qazandığımız inamlı qələbə bizə mənəvi kömək olacaq”.

Share