Ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Balakən sakini dünyasını dəyişib

Ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Balakən sakini dünyasını dəyişib

06.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Noyabrın 5-i axşam saat 21 radələrində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Arzu Anatolyevna Hüseynova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, iki övlad anası olan A.Hüseynova bu gecə saat 04 radələrində dünyasını dəyişib. 

A.Hüseynovanın ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

 

Share