Dünya bazarlarında təbii qazın qiyməti azalıb
06.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
“APA-Economics”in məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,58% azalaraq 2,914 ABŞ dolları təşkil edib.











