"Xalqımız başa düşsün, bu mənim işimdir"
06.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı Cony ləqəbli müğənni Cavid Hüseynli sosial şəbəkədə yazıb. Sənətçi hər dəfə Azərbaycanla bağlı paylaşımlar etmədiyi üçün onu tənqid atəşinə tutan izləyicilərinə cavab verib:
“Amma sənətimlə bağlı paylaşım etməyə məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir, bu mənim işimdir. Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərini eşidəndə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam.
Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azəbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirəm. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!”.











