Ermənilər ABŞ-dakı türk restoranına hücum ediblər – Video
06.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Hücum zamanı restoranda olan bir ailə dərhal arxa qapıdan çıxarılaraq xilas edilib. Hücumla bağlı açıqlama verən müştəri bunları deyib:
“Çox təəssüf ki, ermənilərin hücumuna məruz qaldıq. Ailəmlə restoranda yemək yeyirdik. Onlar qəfldən hücum etdilər. Biz özümüzü müdafiə etməyə çalışdıq. Daha sonra restoranı tərk etdik. Restorandan çıxanda isə arxa küçədə bizi 20-ə yaxın erməninin gözlədiyini gördük“.
Türkiyə Cümhuriyyətinin Los-Ancelesdəki baş konsullu Can Oğuz hadisə yerinə gəlib. O hadisəni törədənlərin şəxsiyyətinin müəyənləşdirildiyini bildirib. Can Oğuz restoranın xeyli müddətdir təhdid altında olduğunu da qeyd edib.











