"Bizim də kəndimiz işğaldan azad edildi"

"Bizim də kəndimiz işğaldan azad edildi"

06.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Bizim də kəndimiz işğaldan azad edildi”.

bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi Zəngilan rayonunun Şəfibəyli kəndinin düşməndən azad edildiyini eşidəndə yaşadığı hissləri bölüşüb:

“Babam Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu mənim çoxdankı arzumdur”.

Share