Bakıda evdən 12 min manat oğurlayan qadın saxlanılıb

Bakıda evdən 12 min manat oğurlayan qadın saxlanılıb

06.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda mənzildən 12 min manatdan artıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12285 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Share