Qırğızıstanın sabiq Baş naziri Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidentini təbrik edib

10.11.2020 Off By Füzuli İsmayılov

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Hakimiyyet.com AZƏRTAC-a istinadən verdiyi məlumata görə, məktubda deyilir:

“Hörmətli Prezident Əliyev,

Şuşa şəhərinin azad olunması Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcək olduqca mühüm bir addımdır. Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızladır”

Share