QALİB XALQIN ŞƏHİD OĞULLARI
16.11.2020Məmmədov Şaiq Şükür oğlu II Qarabağ savaşında Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1999-cu il dekabrın 26 da Gəncədə doğulan Şaiq Məmmədov erməni işğalçılarını doğma Qarabağımızdan qovaraq qəhrəmancasına Şuşada şəhidlik zirvəsinə yüksəldi. Hələ ailə qurmayan bu gənc Azərbaycanın torpaqları uğrunda gedən amansız döyüşlərdə şəhidlərimizdən birinə çevrildi.

Şaiqin qardaşı Şahin Məmmədov da Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqşusu, torpaqlarımızın müdafiəçisidir. Hazırda cəbhə bölgəsində düşmənin namərdliyindən torpaqlarımızın müdafiəsində dayanıb. Hər an qardaşı Şaiq kimi Vətənin hər qarış torpağı uğrunda şəhid olmağa hazırdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaralı döyüşçülərimizə şəfa diləyirik.
Uğur olsun, Qali Azərbaycan Ordusunun məğrur əsgərlərinə!
“HAKİMİYYƏT” qəzeti











