BŞİH ağacın maşının üzərinə aşması ilə bağlı məlumat yaydı

BŞİH ağacın maşının üzərinə aşması ilə bağlı məlumat yaydı

18.11.2020 Off By Füzuli İsmayılov

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı BirliyindənHakimiyyet.com -a bildirilib ki, əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

Share