Mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
19.11.2020Mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34.519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıb.











