Oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini E.Bağırov saxlanılıb
20.11.2020Hakimiyyet.com Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birində yerləşən mağazanın qarşısından 470 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş E.Bağırov saxlanılıb.











