Polşanın ölkəmizdəki səfiri: Füzulidəki acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır

Polşanın ölkəmizdəki səfiri: Füzulidəki acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır

22.11.2020 Off By Füzuli İsmayılov

Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Səfir qeyd edib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır: “İnanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”.

Share