“Zirə”nin futbolçusu şəhid qardaşının adını formasına yazdırdı
23.11.2020“Zirə” klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşı İlqarın da adını formasında daşıyacaq.
Hakimiyyet.com qol.az-a istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov öz Feysbuk səhifəsində yazıb.
O, “Zirə”nin bu təklifi ilə dərhal razılaşdıqlarını bildirib.











