EHTİYACI OLANLARA DƏSTƏK İNSANLIĞIN NÜMUNƏSİDİR

EHTİYACI OLANLARA DƏSTƏK İNSANLIĞIN NÜMUNƏSİDİR

23.11.2020 Off By Füzuli İsmayılov

Qarabağımızın azadlığı uğrunda Vətən müharibəsi zamanı və Böyük Qələbəmizdən sonra da ölkəmizin ayrı- ayrı bölgələrində həm dövlət, həm də imkanlı şəxslər tərəfindən ehtiyacı olan aztəminatlı, şəhid və əsgər ailələrinə yardım kompaniyası davam edir. “Hakimiyyət” qəzetinin əməkdaşları belə tədbirlərdə iştirak edərək görülən işlərdən ölkə əhalisinə məlumatlar verir, hələ də yatmaqda olan imkanlı şəxsləri, iş adamlarını belə humanist addımlar atmağa dəvət edir.

Növbəti belə tədbirlərdən biri də Cəlilabad rayonunda əməkdaşımız Rəşad Əkbəroğlunun iştirakı ilə adının çəkilməsini istəməyən iş adamı tərəfindən həyata keçirilmişdir. 50-dək zəruri ehtiyacı olan aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir.

Hakimiyyet.com

Share