Qətərlə Türkiyə arasında on əməkdaşlıq sənədi imzalanıb

Qətərlə Türkiyə arasında on əməkdaşlıq sənədi imzalanıb

27.11.2020 Off By Füzuli İsmayılov

Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani geniş tərkibli heyətlə Türkiyə Respublikasına səfər edib.

Hakimiyyet.com xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani arasında təkbətək və heyətlərarası görüş olub.

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.

Share