“Maestro Niyazi” qayıtdı

“Maestro Niyazi” qayıtdı

27.11.2020 Off By Füzuli İsmayılov

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb.

ASCO-dan verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, yük anbarları və qapaqları, lövbər zəncirləri və lövbərləri abraziv qumla tam təmizlənərək üç qat rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.

Hakimiyyet.com

Share