Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb-Faciə
29.11.2020Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
P.S. Xəbər elə verilib ki, sanki adi bir hadisə baş verib. Faciənin dəhşətli olması həmin su hovuzunun nəzarətsiz olması, məsuliyyətsizlik nəticəsində belə ağır, dəhşətli hadisəninbaş verməsiylə nəticələnib. Görəsən prokurorluq belə hadisəylə bağlı cinayət işinin başlanmasına göstəriş veribmi?
“Hakimiyyət” qəzeti











