Türkiyədə son 24 saatda koronavirusdan 185 nəfər ölüb
30.11.2020Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər dünyasını dəyişib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. Ölkədə koronavirusdan sağalanların sayı 400 min 242-ə yüksəlib.











