Rusiya Belarus ilə sərhədi bağlayır
16.03.2020Rusiya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Belarusla sərhədi bağlayır.
Bu barədə Baş Nazir Mixail Mişustin məlumat yayıb.
O qeyd edib ki, Rusiya-Belarus sərhədi insanların gediş-gəlişi üçün bağlanır. Baş Nazir koronavirusla mübarizə üçün bundan sonra da qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva









