RİİB könüllüləri Azərbaycanın Dövlət Himnini ifa ediblər VİDEO

RİİB könüllüləri Azərbaycanın Dövlət Himnini ifa ediblər VİDEO

05.12.2020 Off By Füzuli İsmayılov

5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri maraqlı kompozisiya ilə çıxış ediblər.

İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, müxtəlif regionları təmsil edən 50-yə yaxın RİİB könüllüsü Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediliblər.

Hər könüllünün öz yaşadığı bölgədə səsləndirdiyi himn, tanınmış bəstəkar, əməkdar artist Vüqar Camalzadə tərəfindən aranjiman olunub.

Share