Ukraynanın Sumı şəhərinin mərkəzi küçələrinə “Qarabağ Azərbaycandır!” bilbordları yerləşdirilib
07.12.2020Azərbaycanın qazandığı şanlı Qələbə münasibətilə Ukraynanın Sumı şəhərinin mərkəzi küçələrinə “Qarabağ Azərbaycandır!” bilbordları yerləşdirilib.
Bu barədə AZƏRTAC-a layihənin müəllifi “Qobustan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Salmanova məlumat verib.
Bilbordlar Sumının iki mərkəzi küçəsində yerləşdirilib və bir ay ərzində qalacaq.













