Çavuşoğlu ilə Zalkaliani Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrini müzakirə ediblər
08.12.2020Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Gürcüstan Xarici İşlər Naziri David Zalkaliani ilə telefonla danışıb.
Hakimiyyet.com Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbərinə görə, telefon söhbətində nazirlər yeni növ koronavirusla (COVID-19) birgə mübarizə, beynəlxalq təşkilatlarla və regionda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bundan başqa, nazirlər Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əlaqələr ilə bağlı fikir mübadiləsi aparıblar.











