Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri başlayıb

09.12.2020 Off By Füzuli İsmayılov

Dekabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Share