Sabah MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək

Sabah MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək

09.12.2020 Off By Füzuli İsmayılov

Dekabrın 10-da Özbəkistanın sədrliyi ilə videokonfrans formatında MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun moderatorluğu ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və digər ölkələrin xarici işlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edəcək.

İclasda MDB çərçivəsində əldə olunan nəticələr, yeni qarşılıqlı fəaliyyət prioritetləri müzakirə olunacaq, beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq, MDB Dövlət Başçıları Şurasının növbəti yığıncağında imzalanacaq sənədlərin layihəsi müzakirə ediləcək.

Share