“Çölçü” filmi Braziliya və Hindistanda mükafat qazanıb

“Çölçü” filmi Braziliya və Hindistanda mükafat qazanıb

09.12.2020 Off By Füzuli İsmayılov

Şamil Əliyevin “Çölçü” filmi “Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında müxtəlif mükafatlara layiq görülüb.

AZƏRTAC xəbər verir ki, ekran əsəri “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı geyim rəssamı” kateqoriyaları üzrə mükafat qazanıb

Bundan əlavə “Çölçü” filmi Hindistanda keçirilən “7th Art Independent International Film Festivalı”nda da “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb. Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə elan olunub.

Rejissorun sözlərinə görə, filmin gündəmdə olmasının səbəbi ekran əsərində qoyulan sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas niyyətini təşkil edir.

Share