XARİCİ DİLLƏR UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?-HAMI KAMALA YETİŞSİN!
11.12.2020Ölkə başçısı indiki şəraitdə vətəndaşlara daha da qayğıyla yanaşdığı, yardımların, müavinətlərin artırıldığı, pandemiyanın sərtləşdiyi bir vaxtda Azərbaycan Dillər Universitetində müəllimlərin, işçilərin maaşı və tələbələrin təqaüdü gecikdirilir. Artıq pedaqoqların və texniki heyətin əmək haqlarının geçikdirilməsi halları adət halını alıb. Universitetin əməkdaşları bildirir ki, onlar hələ də ötən ayın maaşını ala bilməyiblər. Bundan əvvəl də maaşların verilməsində gecikmələr olmuşdu. Əməkdaşların fikrincə, maaşların geçikdirilməsinə səbəb universitetin büdcəsində olan boşluqdur. Maaşların və təqaüdlərin nə vaxt veriləcəyi barədə heç bir məsul şəxs açıqlama vermir. Universitet əməkdaşları bilmir gecikmiş maaşlarının dərdinə yansın, yoxsa universitetin talan olunmuş büdcəsinin dərdini çəksin..
Covid 19 pandemiyasının tüğyan etdiyi bir vaxtda maaşların və təqaüdlərin qəsdən verilməməsi haqlı olaraq işçilərin və tələbələrin narazılıqlarına səbəb olur.

İşçilər qeyd edir ki, Kamal Abdulla Universitetə rektor təyin olunduğu ilk aylardan “çox maaş alırsınız” deyərək, birbaşa olaraq işçilərin maaşına çox sərt münasibət bildirib. Zaman keçdikcə maaşların verilmə tarixi gün gündən dəyişib..İşçilər onu da qeyd edir ki, əvvəllər bayram və ya əlamətdar günlərdə aldıqları bayram pulları da yığışdırılıb. İşçilərin arasındakı ayrı-seçkilik, yeni işçilərin, yəni özünün gətirdiyi işçilərin maaşlarının yüksək olması və s. daha çox hal alıb.. Əvvəllər universitetin büdcəsi hesabına şöbələrə verilən aylıq ləvazimatlara da rektorun maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva tərəfindən limit qoyulub. Şöbəyə lazım olan siyahıların üstündən xətt çəkilməyə başlanılıb. İşçilər məcbur olub şöbələrə vərəq, qələm, pozandan tutmuş bütün ləvazimatlara qədər özləri almalı olur…Səbəb kimi “Universitetin büdcəsində pul yoxdur” cümləsi göstərilir. Maraqlıdır ki, 18 milyona yaxın dövriyyə büdcəsi olan Dövlət Universitetinin büdcəsi niyə boşdur?
Universitetin rektoru Kamal Abdulla və maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyevanın fəaliyyətinə nəzər salsaq, bu suala asanlıqla cavab tapa bilərik.
İşçilərin maaşlarını, tələbələrin təqaüdünü gecikdirib saytlarda özünü reklam etdirməsi, saxta fəxri adlara xərclənən pullar bütün Universitet əməkdaşlarını çilədən çıxarır. Boğaza yığılmış kollektiv bu kimi hallara son qoyulmasını tələb edir. Universitet rəhbərliyi bu və ya digər suallara aydınlıq gətirməkdən qaçır.
Biz də bu məsələ ilə əlaqədar Universitet rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq, ancaq alınmadı.
Nəticə də maaşların və təqaüdlərin gecikməsi sosial gərginliyi xeyli artırır. Kamal müəllimin özünün gətirdiyi əməkdaşlardan fərqli olaq əzəli universitet əməkdaşları işlədikləri əziyyətin layiqincə bəhrəsini görmədikləri üçün kreditlərlə həyat tərzi keçirir. Kamal Abdullanın başı isə şəhidlərin ruhuna hörmət etmədən öz ad gününü keçirtmək, zorla reklam etmək və bir yol tapıb Prezidentdən “mükafat qopara bilmək” niyyətinə qarışıb. Prezidentimizin isə dəyərli vaxtı xalqına, şəhidlərinə, zəfərinə ayrıldığı üçün özünü hər bir vəclə diqqət önünə çəkə bilməyən A. Kamal sanki heyfini kollektivdən alır. Onu heç düşündürmür ki, kreditlə yaşayan zəhmətkeş kollektiv ayın 10 -na qədər maaşları alıb ödəniş edə bilmədilərsə, üzərində faiz yığılır və daha da rəzalətəç zülmə düşürlər. Toxun acdan nə xəbəri!
Hər elmi şurada, iclaslarda adı olub özü olmayan sosial fond barədə danışaraq özünü və maliyyə məsələləri üzrə müşaviri Nüşanə Tanrıverdiyevanı gülünc vəziyyətə qoyur. Hamı bilir ki, sosial fond olması üçün universitet büdcəsinin hesabindan başqa hesab, vöen lazimdır. Məlum məsələdir ki, sosial fonda tərcümə mərkəzlərindən, yeməkxanadan, kserokopiya mərkəzlərindən gələn gəlirlər Kamal Abdullanın cibxərcliyidir.
İşçilər artıq son çarəni bu məsələni mətbuatda ictimailəşdirməklə, Ölkə prezidentinə müraciət etməkdə görür. Bu yazıyla, yüzlərlə kollektiv və minlərlə tələbə mövcud problem barədə ölkə prezidenti və birinci vitse-prezidentə müraciət edib.
Məsələni gündəmdə saxlayacağıq.
Hakimiyyet.com











