Sumqayıt sakininin avtomobilindən odlu silah aşkarlanaraq götürülüb

Sumqayıt sakininin avtomobilindən odlu silah aşkarlanaraq götürülüb

11.12.2020 Off By Füzuli İsmayılov

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 patron aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

 

 

Share