Tanınmış general Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur”

Tanınmış general Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur”

11.12.2020 Off By Füzuli İsmayılov

Vətən Müharibəsinə başlayandan sonra tanınmış general, Milli Qəhrəman Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.Azərbaycan Ordusunun korpus komandiri, general-leytenant Rövşən Əkbərov Gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.

R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib:

“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.

Share