Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

11.12.2020 Off By Füzuli İsmayılov

Bu gün Türkiyədə Balıkesirin Susurluk rayonunda zəlzələ baş verib.

APA-nın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələnin maqnitudası 4.1 olub. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:37-də, yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Share