Əvvəllər məhkum olunmuş şəxsdə iki kiloqrama yaxın heroin aşkarlanıb

Əvvəllər məhkum olunmuş şəxsdə iki kiloqrama yaxın heroin aşkarlanıb

13.12.2020 Off By Füzuli İsmayılov

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev Qaradağ rayonunda saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqrama yaxın heroin, 186 qramdan artıq metamfetamin, yaşadığı Sahil qəsəbəsindəki evə baxış zamanı isə oradan 560 qram heroin, 1000 ədəd metadon, 200 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Share