Rəcəb Tayyib Ərdoğan: Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı
14.12.2020Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı.
___________________________________________________________________________________________________________________
Cənubi Azərbaycanımıza AZADLIQ !
Oyan Ey AZƏRBAYCAN !
Qurtul farsın ƏSARƏTİNDƏN !
_____________________________________________________
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində söyləyib.
Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyini vurğulayan dövlət başçısı deyib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq. Xüsusilə bölgə ölkələri bu zəfərdən məmnun olmalıdırlar. Prezident Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını bildirib.
P.S. Ancaq bildirik ki, əziz Rəcəb Tayyib Ərdoğan! Daima türkləri və Azərbaycan torpaqlarını istismara can atan fars mollaları Sizin tarixi və həqiqətə söykənən çıxışlarınızdan sonra bərk qorxuya düşüblər. İnşəallah onların qorxusunu əsarətdə yaşayan və bizim tarixi torpaqlarımızı işğal edənlər asta-asta məhvə məhkum olacaqdır!











