Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb – Həsən Ruhani
15.12.2020Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram.
Hakimiyyet.com Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani media mənsubları ilə mətbuat konfransında deyib. H.Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb: “Buna əsasən, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.
İran prezidenti deyib ki, İranda bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidir.











