Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həlak olub

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həlak olub

16.12.2020 Off By Füzuli İsmayılov

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Nəvahi qəsəbəsi ərazisində Saatlı rayon sakini Ağabala Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayırıcısına vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share