Donald Tramp Baş prokuror Uilyam Barrı işdən çıxarıb
16.12.2020ABŞ-ın Baş prokuroru və əvəzçilik üzrə Ədliyyə Departamentinin rəhbəri Uilyam Barr dekabrın 23-də öz vəzifələrindən istefa verəcək.
Hakimiyyet.com AZƏRTAC-a istinadən bildirir ki, Seçkiçilər Kollegiyası dövlət başçısı, Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın prezident postu uğrunda mübarizədə demokrat Cozef Baydenə məğlub olmasını təsdiqləyəndən dərhal sonra Barr vəzifədən getməsi barədə elan edib.
Bundan əvvəl Barr noyabrın 3-də keçirilən ümumxalq seçkilərində kütləvi saxtalaşdırmalar baş verməsi barədə Trampın iddialarını dəstəkləməyib.
Aralarında olan fikir ayrılıqlarına baxmayaraq, Donald Tramp özünün “Twitter” səhifəsində yazıb ki, onun “Baş prokuror Bill Barrla Ağ evdə çox səmimi görüşü oldu”. Tramp əlavə edib ki, “Barr əla fəaliyyət göstərib”.











