COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi açılıb

COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi açılıb

17.12.2020 Off By Füzuli İsmayılov

Kürdəmir rayonunda yaşadığı evi icazəsiz tərk edərək iş yerinə gedən koronavirus xəstəsi barəsində cinayət işi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayonun Mollakənd kənd sakini, 1983-cü il təvəllüdlü Giləxanım Mirzəliyeva koronavirus xəstəsi olduğunu bilə-bilə, ona evdən kənara çıxmamaq barədə edilən xəbərdarlığa baxmayaraq, 7,5 kilometr aralıda yerləşən işlədiyi istixanaya gələrək virusun digər insanlara keçməsi təhlükəsi yaradıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən Giləxanım Mirzəliyeva saxlanılıb, onunla profilaktik söhbət aparılıb, həkimlərin müşayiəti ilə yaşadığı evə qaytarılıb.

Hazırda G.Mirzəliyeva barəsində cinayət işi açılıb və istintaq aparılır.

Share