Türkiyədə qanunsuz silah ticarətinə qarşı genişmiqyaslı əməliyyat keçirilib

Türkiyədə qanunsuz silah ticarətinə qarşı genişmiqyaslı əməliyyat keçirilib

17.12.2020 Off By Füzuli İsmayılov

Türkiyədə qanunsuz yollarla silah ticarəti ilə məşğul olan dəstə üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Hakimiyyet.com xəbər verir ki, əməliyyatlar Bursa, İstanbul və İzmir vilayətlərində keçirilib. Paralel aparılan əməliyyatlar zamanı ölkə daxilində qanunsuz yollarla silah ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 53 nəfər saxlanılıb. Onlardan doqquzu barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılan zaman çoxlu sayda silah-sursatla yanaşı, tarixi əsər olduğu ehtimal edilən 20 sikkə və altı əşya da ələ keçirilib.

Share