Fransada koronavirusa 17 615 yeni yoluxma qeydə alınıb-GÖRƏSƏN BUNUN NEÇƏSİ ERMƏNİDİR?
18.12.2020Fransada COVID-19 infeksiyasına son sutkada 17 615 yeni yoluxma və xəstəxanalarda 292 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, ölkədə epidemiya başlayandan virusa yoluxanların ümumi sayı 2 409 062-yə, virusdan ölənlərin sayı isə 59 361-ə çatıb. Xəstəxanalarda koronavirus xəstələrinin sayı 25 282, reanimasiya şöbələrində ağır vəziyyətdə olanların sayı isə 2 840-dır.
Diqqətə çatdırılır ki, əvvəlki günlərlə müqayisədə koronavirusa yoluxanların və ondan ölənlərin sayında artım qeydə alınıb. Bu isə virusun hələ də sürətlə yayılmasından xəbər verir. Mütəxəssislər yanvardan etibarən epidemiyanın 3-cü dalğasının başlayacağını bildirirlər.
Pandemiya ilə bağlı yaradılmış elmi şuranın prezidenti Fransua Delfresi epidemiyanın hələ nəzarət altında olmadığını bəyan edərək, əhalini qarşıdan gələn 6 ayda ehtiyatlı olmağa çağırıb.











