Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

18.12.2020 Off By Füzuli İsmayılov

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş uşaqların xatirəsinə ehtiram əlaməti olaraq, eləcə də Bolqarıstanda ehtiyacı olan uşaqlara dəstək məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən xeyriyyə kampaniyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində səfirlik tərəfindən Bolqarıstanın Roman şəhərində yerləşən Uşaqlar və Ailələr üçün Sosial Xidmətlər Kompleksinin sakinləri olan uşaqlar üçün ərzaq sovqatı göndərilib.

Qeyd edək ki, kompleksin əsas məqsədi uşaqlar və ailələr üçün dayanıqlı sosial xidmətləri inkişaf etdirməkdir. Kompleksin əməkdaşları mühüm qərarlar vermək və ya ailədə ortaya çıxan çətinliklərlə mübarizə aparmaq üçün dəstəyə ehtiyacı olan uşaqlar və valideynlərlə iş aparırlar.

Share