OPEC-in Baş katibi: 2045-ci ilədək qlobal neft sektoru 12,6 trilyon dollar investisiyaya ehtiyac duyacaq

OPEC-in Baş katibi: 2045-ci ilədək qlobal neft sektoru 12,6 trilyon dollar investisiyaya ehtiyac duyacaq

18.12.2020 Off By Füzuli İsmayılov

Qlobal neft sektoru 2045-ci ilə qədər apstrim, midstim və daunstrim əməliyyatları üzrə 12,6 trilyon dollar məcmu investisiyaya ehtiyac duyacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının dekabrın 17-də videokonfrans formatında keçirilən 31-ci iclasında deyib.

O bildirib ki, OPEC enerji səmərəliliyinin istixana qazı emissiyalarının azaldılması və davamlı inkişafa imkan verən vasitə baxımından əhəmiyyətini qəbul edir. Bu baxımdan istehsalçılar və istehlakçılar arasında dialoq və rəqəmsallaşma vacibdir.

Share