Türkiyədə xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı on birə çatıb
20.12.2020Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.
AZƏRTAC xəbər verir ki, hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.
Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.











