BU GÜN BİR DOSTUMUZU DA İTİRDİK…

BU GÜN BİR DOSTUMUZU DA İTİRDİK…

20.12.2020 Off By Füzuli İsmayılov

Tələbəlik illərindən tanıdığım, davranış və qabiliyyətinə xüsusi hörmətim olan qələm dostumuz, həmkarımız, 1991-ci il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Ələsgər Qurbanovun dünyasını dəyişdiyini eşidəndə elə bil ki, yer ayağımın altından qaçdı. Bu insanla az öncə yazışmalarımız, danışıqlarımız olmuşdu. Biz dost olmaqla yanaşı qohum olmuşduq. Təzəcə baba olmuşdu. Gözləyirdik ki, zəhrimara çevrilmiş pandemiya bir az səngisin, yığışıb Ələsgəri və onunla quda olan qayınım Elşəni təbrik edək. Amansız virus bizi artıq səssizcə daşımağa başlayıb. Amma biz insanlar bu fəlakətin dəhşətini, vəhşətini dərk etməyə tənbəllik etməkdə davam edirik. Əzrayıl dediyimiz mələk qapımızdadır, ey insanlar, biri-birimizi qoruyaq!

Allah sənə rəhmət eləsin, əziz dost!

Share