Səbail rayonunda xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb

Səbail rayonunda xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb

20.12.2020 Off By Füzuli İsmayılov

Səbail Rayon Polis Şöbəsi əməkdaşları sərtləşdirilmiş̧ xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Badamdar qəsəbəsi Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Erkin Səmədov, həmçinin orada olan 28 nəfər saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun qaydada protokollar tərtib olunub. Onların hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Share