SƏBAİL RAYONUNDA ŞƏHİDLƏRİN MƏZARI ZİYARƏT OLUNDU
29.12.2020Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarını ziyarət etmişdir. Vətənimizin azadlığı uğrunda canından keçən cəsur övladların məzarları üstünə tər çiçəklər qoyulmuş və ruhlarına dualar oxunmuşdur. Eyni zamanda RİH başçısı məzarların ətrafında aparılan abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.














