Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,2 milyon dollar olub

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,2 milyon dollar olub

30.12.2020 Off By Füzuli İsmayılov

Yanvar-noyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,2 milyon dollar olub.

Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilir ki, 11 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,5 milyon dollar olub. Azərbaycandan Moldovaya isə 3,7 milyon dollar dəyərində məhsul ixrac olunub.

Share