ICESCO Mərakeşdə keçiriləcək Dünya Xəbər Agentliklərinin VII Konqresinə dəstək verəcək
06.01.2021İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2022-ci ildə Mərakeşdə keçiriləcək Dünya Xəbər Agentliklərinin VII Konqresinə dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Mərakeşin MAP rəsmi informasiya agentliyinin rəhbəri Xəlil Haşimi İdrissi və bir qrup jurnalistlə keçirdiyi görüşdə təşkilatın Baş direktoru Salim Əl Maliki bildirib.
ICESCO-nun Baş direktoru əlavə edib ki, müasir dövrdə rəsmi informasiya agentliklərinin fəaliyyəti böyük əhəmiyyətə malikdir və onun rəhbərlik etdiyi təşkilat media nümayəndələrinin iştirakı ilə konfrans və simpoziumlar təşkil etməyi nəzərdə tutulur.
Qeyd edək ki, Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı il noyabrın 16-18-də Bakıda keçirilib. Həmin tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2016-2019-cu illər üçün Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti seçilib. Növbəti – VI Konqres isə 2019-cu il iyunun 13-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib.











