Keçmiş məhkumdan narkotik vasitələr götürülüb

18.03.2020 Off By Füzuli İsmayılov

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Tixtov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Hövsan qəsəbəsindəki evindən isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Share