Azərbaycan futbolçusu Eldar Tağızadə Fransanın “Klermon” klubu ilə müqavilə imzalayıb
08.01.2021On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubu ilə anlaşıb.
AZƏRTAC xəbər verir ki, qapıçı yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar müqaviləsidir.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, “Klermon”un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.











