Almaniyada karantin müddəti uzadılır

Almaniyada karantin müddəti uzadılır

10.01.2021 Off By Füzuli İsmayılov

Almaniyanın bir sıra federal əyalətləri sərt karantin rejiminin uzadılması barədə qəti qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Almaniya Federasiyasının mərkəzi və tərkib hissələri arasında illik müşavirənin yekunlarına əsasən, karantin müddətinin uzadılıb-uzadılmaması, karantinin sərtləşdirilməsi, yoxsa əksinə, yüngülləşdirilməsi barədə qərarın verilməsi əyalətlərin ixtiyarına buraxılıb. Məsələn, Saksoniyada yerli əyalət hökuməti karantin müddətinin fevralın 7-dək uzadılması barədə dünən qərar qəbul edib. Ölkənin almanlar tərəfindən “Azad dövlət” adlandırılan bu hissəsində sakinlər arasında kontakt zamanı əlavə məhdudiyyətlər tətbiq edilə bilər. Bu qaydalar epidemioloji vəziyyətin pisləşməsi barədə həyəcanlı məlumatlar araya çıxandan sonra koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Share